image-n1karobka_ads
image-123
image-17653775852236640767_1200x630backend

Leyla Əliyeva Türkmənistanda Saida Mirziyoyeva ilə görüşüb – FOTO

image-ad_qayo_720x110px

Dekabrın 10-da Türkmənistanda keçirilən “Müasir cəmiyyətdə qadınların rolu: Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq əməkdaşlığın inkişafı” mövzusunda beynəlxalq konfrans çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistan Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyeva ilə görüşüb.

Doğru.az xəbər verir ki, görüş zamanı Azərbaycanla Özbəkistan arasında münasibətlər, həmçinin Heydər Əliyev Fondu ilə Özbəkistanın “Zamin” Beynəlxalq İctimai Fondu arasında əməkdaşlığın dövlətlərarası əlaqələrin inkişafına verdiyi töhfə vurğulanıb.

Konfransın qadınların siyasi və iqtisadi həyata fəal cəlb olunması, çoxtərəfli dialoqun və tərəfdaşlığın genişləndirilməsi baxımından əhəmiyyət daşıdığı qeyd edilib. Qadınların təhsil və səhiyyə kimi sahələrdə mövqelərinin gücləndirilməsinin davamlı inkişafın təmin olunması üçün vacib olduğu xüsusi vurğulanıb.

DOĞRU.AZ

image-1765377585850017803_1200x630 image-1765377585515517905_1200x630 image-17653775856327537721_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki