image-n1karobka_ads
image-123
image-1766768751651807469_1200x630backend

Leyla Əliyeva və Alena Əliyeva Uşaq İncəsənət Festivalında – FOTO

image-ad_qayo_720x110px

Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə keçirilən Uşaq İncəsənət Festivalına yekun vurulub.

AZƏRTAC xəbər verir ki, dekabrın 26-da Heydər Əliyev Mərkəzində festivalın yekun mükafatlandırma mərasimi baş tutub. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva iştirak ediblər.

2023-cü ildən Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən festivalın məqsədi milli-mənəvi dəyərlərin gənc nəslə aşılanması, ənənəvi incəsənət sahələrinin qorunub saxlanması və gənclərin yaradıcı inkişafına dəstək göstərməkdir. Festival, həmçinin Azərbaycanın bütün bölgələrindən 6–17 yaş arası uşaqları bir araya gətirərək, onların komanda işi, səhnə mədəniyyəti və yaradıcı yanaşma bacarıqlarını inkişaf etdirir.

2025-ci ilin mart ayından start götürən builki festivala 27 mindən çox iştirakçı müraciət edib. Seçim mərhələlərinin nəticələrinə əsasən 19 fərdi və 5 kollektiv nominasiya üzrə qaliblər müəyyənləşdirilib. Beləliklə, festival üzrə ümumi qalib sayı 512 nəfər olub.

Mədəniyyət naziri Adil Kərimli bildirib ki, festival gənc istedadların müəyyən edilməsinə və onların fərdi inkişafına xidmət edən mühüm platformadır. Leyla Əliyeva qalibləri təbrik edib, onlara uğurlar arzulayıb.

Festival çərçivəsində qaliblərin solo çıxışları, duetlər və xüsusi musiqi-səhnə kompozisiyaları təqdim edilib. Rəsm nominasiyası üzrə qalib olan 10 yaşlı Melissa Quliyeva və akademik vokal üzrə birinci yer tutan 12 yaşlı Raul Hüseynov öz təəssüratlarını bölüşüblər.

Festival inklüzivlik prinsiplərinə əsaslanaraq hər bir uşağın bərabər iştirakını təmin edib. Qarmon ifaçılığı, dekorativ-tətbiqi sənət və rəssamlıq nominasiyalarında sağlamlıq imkanları məhdud olan uşaqlar da iştirak edib və qalib olublar.

Layihənin növbəti illərdə daha geniş proqramla davam etdirilməsi və minlərlə uşağın yaradıcılıq yoluna dəstək olması nəzərdə tutulur.

DOĞRU.AZ

image-17667687511728249432_1200x630 image-1766768751413476780_1200x630 image-1766768751148208177_1200x630 image-17667687515685841669_1200x630 image-1766768751981913674_1200x630 image-1766768751651807469_1200x630 image-17667687516283657011_1200x630 image-17667687526161033009_1200x630 image-17667687526473561123_1200x630 image-17667687522531734970_1200x630 image-17667687524340059875_1200x630 image-17667687524496844751_1200x630 image-17667687521954063100_1200x630 image-1766768752423644752_1200x630 image-1766768752498540086_1200x630 image-17667687525796340714_1200x630 image-17667687521572427575_1200x630 image-1766768752638016556_1200x630 image-17667687522893131385_1200x630 image-17667687521607556782_1200x630 image-1766768752656919005_1200x630 image-17667687522888962139_1200x630 image-17667687524392548922_1200x630 image-1766768752463538031_1200x630 image-1766768752150348352_1200x630 image-17667687526471949245_1200x630 image-17667687524800242898_1200x630 image-17667687526256028937_1200x630 image-17667687523188623589_1200x630 image-17667687522035251007_1200x630 image-17667687522080750546_1200x630 image-1766768752994752074_1200x630 image-17667687525789941558_1200x630 image-1766768752145477618_1200x630 image-17667687522679135141_1200x630 image-176676875250453232_1200x630 image-1766768752202411004_1200x630 image-1766768752161460214_1200x630 image-17667687525592951769_1200x630 image-1766768752119361052_1200x630 image-17667687525533457077_1200x630 image-17667687523293538348_1200x630 image-1766768752520521520_1200x630 image-17667687521733529731_1200x630 image-176676875238981732_1200x630 image-17667687524761619163_1200x630 image-17667687521574942895_1200x630 image-17667687523452963659_1200x630 image-17667687523078911101_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki