image-n1karobka_ads
image-123
image-ohitgjxeanz4l6cxe9f6p5gtfjcjjqisyiakrtdk_640backend

Leyla Əliyevanın təşəbbüsü ilə Bakı Zooloji Parkında uşaqlar üçün bayram tədbiri keçirilib – FOTO

image-ad_qayo_720x110px

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə aztəminatlı ailələrdən olan uşaqlar üçün Bakı Zooloji Parkında bayram tədbiri təşkil olunub.

Doğru.az xəbər verir ki, tədbir çərçivəsində Abşeron, Nizami və Qaradağ rayonlarında yaşayan aztəminatlı ailələrdən olan uşaqlar üçün xüsusi bayram proqramı hazırlanıb. Hər rayondan 50 nəfər olmaqla ümumilikdə 150 uşaq tədbirdə iştirak edib.

Zooloji Parkın azyaşlı ziyarətçiləri gəzinti zamanı buradakı müxtəlif heyvan növləri ilə yaxından tanış olublar. Zooloji Parkın bələdçiləri uşaqlara heyvanların həyat tərzi, yaşayış mühiti və bəslənməsi barədə ətraflı məlumat veriblər.

Eyni zamanda, bəzi heyvan və quş növlərinin təbiətə buraxılması, onların təbii mühitə uyğunlaşdırılması prosesi barədə uşaqlara yaş səviyyələrinə uyğun şəkildə məlumatlar təqdim edilib. Xüsusi vurğulanıb ki, Bakı Zooloji Parkı yalnız heyvanların saxlanıldığı məkan deyil, həm də fauna müxtəlifliyinin qorunması, xüsusilə ölkəmizdə nəsli kəsilmək təhlükəsi altında olan heyvan və quş növlərinin artırılması və yenidən vəhşi təbiətə qaytarılması istiqamətində mühüm fəaliyyət həyata keçirən mərkəzdir. Maarifləndirici gəzinti uşaqlarda böyük maraq doğurub, onların təbiətə və heyvanlara münasibətinin formalaşmasına, ekoloji düşüncənin aşılanmasına xidmət edib.

Sonda uşaqlar üçün əyləncə və nahar proqramı təşkil olunub.

Qeyd edək ki, Leyla Əliyevanın təşəbbüsü ilə həm ölkəmizin müxtəlif regionlarında, həm də dünyanın bir sıra ölkələrində humanitar, təhsil, səhiyyə, sosial, ekoloji və digər sahələri əhatə edən genişmiqyaslı layihələr mütəmadi olaraq həyata keçirilir. Xüsusilə bayram günlərində uşaq evlərində, internat müəssisələrində, eləcə də müalicə və qayğıya ehtiyacı olan uşaqlar üçün bayram tədbirlərinin təşkili bu təşəbbüslərin əsas istiqamətlərindən biridir. Himayədən məhrum olmuş, qayğıya daha çox ehtiyac duyan uşaqların sevindirilməsi, onların bayram ab-havasını hiss etmələri məqsədilə bu cür tədbirlər mütəmadi olaraq təşkil olunur.

DOĞRU.AZ

image-nh0fumsuu6zzr0wpen1jybbxhzaywkxbbtegmbmi_640 image-gteetllkwapf7wqkfytasj4lked9mezh5sywy6xf_1200 image-cvttkqeikwcxc404o3ncuasowl5azias96ktmcql_640 image-zb6joho25ocwvhpqqyiduga2bpmc1ex44iabjffk_640 image-n511sweggdrpubkcxeruvr2gxiavjpdddizhbay0_640 image-sx3zirjfr5vw6lb2ikdibkdwbfnneaedueynjfxk_640 image-ykyfvo8i9yjm0mhmntlcuwzbanip8fuukjrwpck1_640 image-td1a9apch5a64e7g1qo8yn1dxzpy9lel6hwss2zp_640 image-nqgnrzrvb05rlskgmxcr8pgbocdaksxoy7tcuhr8_640 image-tej7pm9sycjy8acq3kfvdfth0pf5oeyo4cnocmaz_640 image-vtnqyghyaijxqieuv974m9ycpgqzufgkgbcybkdv_640 image-rvugjnfnmloqgiplevnib62epclwprlc3ggo20ap_640

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki