image-n1karobka_ads
image-123
image-17672623815077444171_1200x630backend

Leyla Əliyevanın təşəbbüsü ilə bir sıra uşaq müəssisələrində Yeni il tədbiri keçirilib – FOTO

image-ad_qayo_720x110px

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə 1 və 2 saylı uşaq evlərində, eləcə də 1 saylı körpələr evində yaşayan azyaşlılar üçün bayram şənliyi təşkil olunub.

IDEA-dan AZƏRTAC-a bildiriblər ki, bayram tədbirində İctimai Birliyinin könüllüləri uşaqlara hədiyyələr təqdim edib, balacalarla birlikdə müxtəlif əyləncəli oyunlar və fəaliyyətlər həyata keçiriblər. Bu təşəbbüs balacalara sevinc və bayram əhvali-ruhiyyəsi bəxş edib.

Qeyd edək ki, Leyla Əliyevanın təşəbbüsü ilə həm ölkəmizin müxtəlif regionlarında, həm də dünyanın bir sıra ölkələrində humanitar, təhsil, səhiyyə, sosial, ekoloji və digər sahələri əhatə edən genişmiqyaslı layihələr mütəmadi olaraq həyata keçirilir. Xüsusilə bayram günlərində uşaq evlərində, internat müəssisələrində, eləcə də müalicə və qayğıya ehtiyacı olan uşaqlar üçün bayram tədbirlərinin təşkili bu təşəbbüslərin əsas istiqamətlərindən biridir. Himayədən məhrum olmuş, qayğıya daha çox ehtiyac duyan uşaqların sevindirilməsi, onların bayram ab-havasını hiss etmələri məqsədilə bu cür tədbirlər mütəmadi olaraq təşkil olunur.

DOĞRU.AZ

image-17672623815332252119_1200x630 image-17672623815868240783_1200x630 image-17672623811342221045_1200x630 image-17672623812327838610_1200x630 image-17672623815442534839_1200x630 image-17672623813631940277_1200x630 image-1767262381413354469_1200x630 image-17672623814990819068_1200x630 image-176726238132817725_1200x630 image-17672623814923327143_1200x630 image-17672623814214364220_1200x630 image-1767262381650414770_1200x630 image-17672623811369453412_1200x630 image-1767262381451857465_1200x630 image-1767262381140635876_1200x630 image-17672623812844856280_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki