Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Yeni il ərəfəsində Gəncə şəhər 4 saylı uşaq evində yaşayan azyaşlılar üçün bayram şənliyi təşkil olunub.
Doğru.az xəbər verir ki, bayram tədbirində IDEA İctimai Birliyinin könüllüləri uşaqlara hədiyyələr təqdim edib, balacalarla birlikdə müxtəlif əyləncəli oyunlar və fəaliyyətlər həyata keçiriblər.
Təşkil olunan bayram şənliyi uşaqlara Yeni il ərəfəsində sevinc, xoş ovqat və bayram əhvali-ruhiyyəsi bəxş edib.
Qeyd edək ki, Leyla Əliyevanın təşəbbüsü ilə ölkənin müxtəlif regionlarında, eləcə də dünyanın bir sıra ölkələrində humanitar, təhsil, səhiyyə, sosial və ekoloji sahələri əhatə edən genişmiqyaslı layihələr mütəmadi olaraq həyata keçirilir. Xüsusilə bayram günlərində uşaq evlərində, internat müəssisələrində, eləcə də müalicə və qayğıya ehtiyacı olan uşaqlar üçün tədbirlərin təşkili bu fəaliyyətlərin əsas istiqamətlərindən biridir.
DOĞRU.AZ






























