İyunun 3-də ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.
Doğru.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilir ki, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, ara-sıra tutulacaq. Gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış ehtimalı var.
Güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu:
Gecə: 17-21° isti
Gündüz: 24-29° isti olacaq.
Atmosfer təzyiqi 757 mm civə sütunu (normadan aşağı), nisbi rütubət isə 55-65% təşkil edəcək.
Bölgələrdə isə leysan, dolu və sulu qar proqnozlaşdırılır.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağışlar, şimşək gözlənilir. Ayrı-ayrı ərazilərdə yağıntılar intensiv və güclü olacaq, dolu düşəcəyi ehtimalı var. Yüksək dağlıq ərazilərdə isə sulu qar müşahidə oluna bilər. Gecə və səhər saatlarında bəzi yerlərdə zəif duman olacaq.
Qərb küləyi bəzi ərazilərdə arabir güclənəcək.
Havanın temperaturu:
Aran bölgələrdə: gecə 16-20°, gündüz 23-28° isti
Dağlıq ərazilərdə: gecə 5-10°, gündüz 13-18° isti olacaq.
DOĞRU.AZ