image-n1karobka_ads
image-123
image-64eaffde715bd64eaffde715be16931225262825a7cf62184de1d1a947339d302a52backend

Leysan və sulu qar gözlənilir – XƏBƏRDARLIQ

Mayın 12-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Doğru.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Əsasən yağmursuz keçəcəyi gözlənilsə də, səhər saatlarında bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimal olunur. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 15-18°, gündüz 20-25° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75%, gündüz 55-60% təşkil edəcək.

Bölgələrdə isə hava daha dəyişkən keçəcək. Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə yağış yağacaq, şimşək çaxacaq. Gecə və axşam saatlarında leysan xarakterli intensiv yağış, dolu və yüksək dağlıq ərazilərdə sulu qar ehtimalı var. Bəzi bölgələrdə arabir duman müşahidə ediləcək. Qərb küləyi isə bəzi yerlərdə güclənəcək.

Temperatur bölgələrdə gecə 15-20°, gündüz 25-30° isti, dağlıq ərazilərdə isə gecə 7-12°, gündüz 15-20° isti olacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki