Litvanın hazırkı prezidenti Gitanas Nauseda ölkədə 2024-cü ildə keçiriləcək növbəti prezident seçkilərində ikinci müddətə namizəd olmaq niyyətindədir.
Bu barədə LRT telekanalı dövlət başçısına istinadən məlumat yayıb.
“Mən davam etməkdə qərarlıyam və başladığım işi davam etdirmək əzmindəyəm. Mən 2024-cü ilin mayında Litva Respublikasının prezident seçkilərində iştirak edəcəyəm”, – Nauseda bildirib.
Bu il prezident Gitanas Nausedanın SSRİ Kommunist Partiyasına üzv olması ilə bağlı xəbərlər onun reytinqini “düşürdü”. Belə ki, apreldə prezidentin fəaliyyəti respondentlərin 54,5 faizi, martda isə ölkə başçısının 63,9 faizi müsbət qiymətləndirib.
Aprelin 5-də litvalı jurnalist Dovydas Panzerovas Litva prezidenti Gitanas Nausedanı onun Sov.İKP-yə qoşulması faktını ictimaiyyətdən gizlətməyə çalışmaqda ittiham edib. Nauseda daha sonra onun Kommunist Partiyasının “pis üzvü” olduğunu ifşa etdi.
Mənbə: A Haber