image-n1karobka_ads
image-123
image-17654687233576124714_1200x630backend

Liv Bona Dea Hospitalında Sümük iliyi transplantasiya mərkəzi açıldı – FOTO  

image-ad_qayo_720x110px

Dekabrın 11-də Liv Bona Dea Hospitalında Sümük iliyi transplantasiya mərkəzinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və səhiyyə naziri Teymur Musayev iştirak ediblər.

Leyla Əliyeva əvvəlcə Heydər Əliyev Fondunun himayəsi altında xəstəxanada müalicə alan azyaşlıya baş çəkib, onun səhhəti ilə maraqlanıb, hədiyyə təqdim edib.

Sonra Sümük iliyi transplantasiya mərkəzinin açılışı olub.

Yeni mərkəz həm böyüklər, həm də uşaqlar üçün sümük iliyi köçürmələrini həyata keçirəcək. Məlumat verilib ki, mərkəzdə 6 xüsusi izolyasiya olunmuş palata fəaliyyət göstərir. Həmin infrastruktur illik 80 xəstənin qəbuluna və müalicəsinə imkan yaradır.

Qeyd olunub ki, hazırda xəstəxananın tərkibində 8 çarpayılıq hematologiya şöbəsi də xəstələrin ixtiyarındadır. Şöbədəki bütün palatalar müasir HEPA filtrasiyalı pozitiv təzyiq sistemi ilə təchiz olunub ki, bu da xəstələrin infeksiyalardan maksimum qorunmasını təmin edir. Kimyaterapiya preparatlarının hazırlanması biotəhlükəsizlik kabinlərində, hüceyrə toplanması isə müstəqil aferes bölməsində aparılır.

Eyni zamanda, Qan bankı eritrosit, trombosit, plazma və digər komponentlərin hazırlanması, o cümlədən qranulosit süspansiyonunun əldə olunması imkanına malikdir. Köçürmə xəstələrinin təhlükəsizliyi üçün “işınlama” və filtrləmə prosedurları mütəmadi olaraq tətbiq edilir.

Qeyd edək ki, Sümük iliyi transplantasiya mərkəzi Nazirlər Kabinetinin 2021-ci il 20 avqust tarixli Qərarı ilə təsdiq edilmiş “Donor orqanların transplantasiyasını həyata keçirən ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında Qərara əsasən verilən lisenziya əsasında açılıb.

Xatırladaq ki, sümük iliyi və kök hüceyrə köçürülməsi müxtəlif hematoloji və onkoloji xəstəliklərin müalicəsində tətbiq olunan müasir və effektiv tibbi prosedurdur. Kök hüceyrələr xəstənin özündən (avtoloji) və ya donorundan (alojenik) əldə edilərək, yüksək dozalı kimyaterapiya sonrası orqanizmə köçürülür. Məqsəd xəstə sümük iliyini sağlam hüceyrələrlə əvəz etmək və qan yaradıcılığını bərpa etməkdir.

DOĞRU.AZ

image-17654687231176234030_1200x630 image-17654687234508823965_1200x630 image-17654687234497860172_1200x630 image-1765468723526823574_1200x630 image-17654687234311646500_1200x630 image-176546872368353992_1200x630 image-17654687231234541286_1200x630 image-17654687231210530577_1200x630 image-17654687231232344388_1200x630 image-17654687231242038067_1200x630 image-1765468723140443431_1200x630 image-17654687231923419047_1200x630 image-1765468723462907335_1200x630 image-1765468723463618898_1200x630 image-17654687233689345959_1200x630 image-17654687233861965258_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki