image-n1karobka_ads
image-123
image-66fe58a902e8bd75536c4906backend

Lukaşenko Azərbaycanla münasibətlərə dair: Biz üçüncü ölkələrə qarşı dost deyilik

image-ad_qayo_720x110px

Belarus və Azərbaycan üçüncü ölkələrə qarşı dost deyillər – onlar öz xalqlarının maraqları naminə əməkdaşlıq edirlər.

Bunu Belarus lideri Aleksandr Lukaşenko Azərbaycan hökumətinin başçısı Əli Əsədovla görüşündə deyib.

O, Əsədovla Azərbaycan prezidenti İlham Əliyevi dost adlandırıb və həmsöhbətini əmin edib ki, Minsklə Bakı arasında münasibətlərdə qapalı mövzu yoxdur.

BELTA agentliyi Lukaşenkodan sitat gətirib : “Eyni zamanda, biz heç bir beynəlxalq hüquq normasını pozmuruq, biz üçüncü ölkələrə qarşı dost deyilik, öz işimizi xalqlarımız adına görürük”.

Bundan əvvəl Lukaşenko Belarusun Ukrayna ilə Donetsk Xalq Respublikası ilə eyni şərtlərlə əməkdaşlığa hazır olduğunu bəyan edib.

Mənbə RİA Novosti

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki