Fələstin lideri Mahmud Abbas Kazanda keçiriləcək BRİKS sammitində iştirak edəcək.
Bu barədə RİA Novosti-yə Fələstinin Moskvadakı fövqəladə və səlahiyyətli səfiri Abdelhafiz Nofəl məlumat verib.
“Olacaq… Təbii ki, Putindən dəvət olub”, – diplomat qeyd edib.
Bundan əvvəl Kuba prezidenti Migel Diaz-Kanel Bermudezin Kazanda keçiriləcək BRİKS sammitinə dəvət alması , lakin iştirakla bağlı hələlik qərar vermədiyi bildirilirdi.
Mənbə RİA Novosti