image-ads_n1karobka_mobile
image-k7iaeeguiihvxikcaljynfmsdja32tuubwlw99nd_1200backend

Mahmud Abbas Prezident İlham Əliyevi təbrik edib

image-add-a-heading

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

President.az həmin məktubun mətnini təqdim edir:

“Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi çatdırır, Zati-alinizə uzun ömür, xoşbəxtlik və davamlı uğurlar arzulayıram.

Eyni zamanda, Sizi Yeni – 2026-cı il münasibətilə də təbrik edirəm. Uca Allahdan Yeni ilin və qarşıdakı illərin Sizə, xalqınıza və bütün xalqlara səadət, xeyir-bərəkət, sülh və müvəffəqiyyət gətirməsini arzu edirəm.

Zati-aliləri, qardaşlıq salamlarımı qəbul etməyinizi xahiş edirəm”.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki