image-n1karobka_ads
image-123
image-288184_gvl338astkbackend

“Mal-qaramı oğurlayıb, məni ölümlə hədələdi”

image-ad_qayo_720x110px

Müğənni Kərim Abbasovun Neftçalada tikdirdiyi fermadan oğurluq olub.

Axşam.az xəbər verir ki, sənətçi bu haqda “İncə səhər” verilişində danışıb. O bildirib ki, sosial şəbəkədə ondan yardım istəyən bir şəxs üçün iş qurmaq istəyib:

“Bütün günü sosial şəbəkədə yazırlar ki, yardım et. Bu da həmin adamlardan biri idi. Yardım istədi, getdim pul tökdüm həyətində ferma tikdim. İribuynuzlu heyvanlar aldım. Mal-qaranı oğurlayıb satdı. Heyvanları saxlayan adam özüdə ən böyüyünü satdı, rahat da gəzir. Bir günün içində o qədər problem yaratdı ki, bu həyətdən heyvanlar çıxmalıdır.

Aparıb dəyər-dəyməzinə satdım. Həyətində o qədər pul töküb yer düzəltdim, hamısı batdı getdi. Pulum qaldı havada. 4 ayın içində başıma açmadığı oyun qalmadı. Neftçala polisinə müraciət etdim. Nə heyvan, nə pulu gəlir. Hətta məni ölümlə hədələdi”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki