image-2000x150px
image-123
image-ads_atlas
image-2023-12-07t194233z_1897288979_rc2is4ac6yfx_rtrmadp_3_usa-court-musk-sec-pic_32ratio_900x600-900x600-11080backend

Maskın sərvəti beş gündə milyardlarla artıb

image-728x90px

Son beş gündə sahibkar İlon Maskın sərvəti 37,3 milyard dollar artıb.

Bu, onun sərvətində 2022-ci ilin mart ayının əvvəlindən bəri ən böyük həftəlik artımdır. Çin texnologiya şirkəti Baidu ilə mümkün əməkdaşlıq xəbərləri Tesla səhmlərini artırdı.

Təkcə aprelin 29-da İlon Maskın sərvəti 18,5 milyard dollar artaraq Bloomberg-ə görə 201,5 milyard dollara çatıb. Həmin gün Tesla səhmləri 17,76% bahalaşıb.

İlon Mask aprelin 28-də Çinə gəlib və Çin Xalq Respublikasının Dövlət Şurasının Baş naziri Li Qianq ilə görüş keçirib. “Bloomberg” xəbər verir ki, milyarder “Baidu” ilə ortaqlıq razılaşması əldə edib. Tesla Çin şirkəti ilə birlikdə FSD avtonom sürücülük proqramı üçün xəritəçəkmə və naviqasiya sistemlərini inkişaf etdirəcək.

Mənbə: Bloomberg

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki