Mayın 14-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək.
Doğru.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, səhər saatlarında bəzi yerlərdə qısamüddətli yağış və şimşək ehtimalı var. Şimal-qərb küləyi səhər saatlarında arabir güclənəcək.
Havanın temperaturu:
Gecə: 14-18° isti
Gündüz: 18-20° isti
Atmosfer təzyiqi: 750-dən 760 mm civə sütununa yüksələcək
Nisbi rütubət: Gecə 70-75 %, gündüz 60-65 %
Bölgələrdə hava:
Bəzi rayonlarda yağış, şimşək, leysan və dolu gözlənilir. Yüksək dağlıq ərazilərdə sulu qar ehtimalı var. Qərb küləyi arabir güclənəcək.
Temperatur:
Rayonlarda: Gecə 12-17°, gündüz 20-25° isti
Dağlarda: Gecə 3-7°, gündüz 10-15° isti olacaq.
DOĞRU.AZ