image-2000x150px
image-123
image-ads_atlas
image-sayt-cover-kreativ-media-baki-03backend

MEDİA və “AzerGold” QSC-nin birgə təşkilatçılığı ilə növbəti dəfə “Kreativ Media – Bakı” adlı məzmun müsabiqəsi elan edilir

image-728x90px

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə növbəti dəfə “Kreativ Media – Bakı” adlı məzmun müsabiqəsi elan edilir.

Doğru.az xəbər verir ki, məzmun müsabiqəsi jurnalistika və kommunikasiya ixtisasında təhsil alan və bu sahəyə marağı olan gənclər üçün “MEDİAlab” layihəsi çərçivəsində həyata keçirilir.

Müsabiqənin keçirilməsində məqsəd gənclərdə:

müasir media çağırışlarına uyğun yeni ideyaların formalaşmasını təşviq etmək;

yaradıcı düşüncəni, eyni zamanda ixtisaslaşmanı inkişaf etdirmək;

məzmun istehsaletmə bacarıqlarının inkişafı üçün əlverişli mühit yaratmaq;

komanda ilə işləmə bacarıqlarını təkmilləşdirməkdir.

Müsabiqəyə hazırda ali təhsil müəssisələrində təhsil alan gənclər 3 (üç) nəfərdən ibarət komandalar şəklində qatıla bilərlər.

Müsabiqəyə müraciət zamanı komandalar təqdim edir:

7,000-10,000 simvoldan ibarət materialın yer aldığı xüsusi dizayn edilmiş 2 səhifədən ibarət onlayn qəzet nümunəsi və ya;

müddəti 5 dəqiqədən artıq olmayan reportaj.

Müsabiqəyə onlayn qəzet nümunəsi təqdim edən komandanın tərkibi redaktor-müxbir, dizayner və korrektordan, reportaj təqdim edən komandanın tərkibi redaktor-müxbir, operator və montajçıdan ibarət olmalıdır.

Müvafiq material və ya reportajın mövzusu aşağıdakılardan biri olmalıdır:

İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma prosesi: davamlı və dayanıqlı inkişaf;

Dağ-mədən sənayesində yaşıl həllər: iqlim, texnologiya və innovasiyalar;

İqlim hərəkatı və gənclər.

Qiymətləndirmə meyarları:

materialın yaradıcı, orijinal və maarifləndirici əhəmiyyətli olması;

rəqəmsal alətlərdən uğurlu istifadə, müasir standartlara uyğun tərtibat, dizayn (montaj);

materialın jurnalistikanın prinsiplərinə uyğunluğu;

plagiat və ya emal olunmamış informasiyanın (copy-paste) həcmi.

Meyarların hər biri maksimum 10 (on) bal təşkil edir.

Qiymətləndirmə hər kateqoriya (onlayn qəzet nümunəsi və ya reportaj təqdim edən) komandalar üzrə ayrı-ayrılıqda aparılır və hər bir kateqoriyada 3 (üç) komanda olmaqla ümumilikdə 6 (altı) komanda qalib elan olunaraq müxtəlif hədiyyələr qazanacaq və sertifikatla təltif olunacaqdır.

Müsabiqəyə müəyyən edilmiş müddət ərzində qeyd edilən linkdə elektron qeydiyyat formasını dolduraraq müraciət edə bilərsiniz.

Müraciət zamanı onlayn qəzet səhifəsinin “.pdf” versiyası və ya reportaj link formasında (wetransfer, sendgb və s. proqramlar vasitəsilə hazırlanan link) qeydiyyat bölməsində yerləşdirilməlidir.

Müraciət üçün son tarix: 25 iyun 2024-cü il

Qeydiyyat linki: https://bit.ly/KMB-2024

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki