Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi APA tərəfindən yayılan xəbərlə bağlı açıqlama yayıb.
Doğru.az xəbər verir ki, açıqlamada APA İnformasiya Agentliyi tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun Gəncə Şəhər İcra Hakimiyyətində araşdırma aparması ilə bağlı yayılan məlumatın rəsmi mənbələr tərəfindən təsdiqlənmədiyi və yanlış məlumatlara əsaslandığı bildirilib.
Qeyd olunub ki, dövlət orqanlarının nüfuzuna xələl gətirən bu cür məlumatların mediada yayılması qanunvericiliklə qadağandır və yolverilməz hesab olunur.
Agentlik vurğulayıb ki, “Media haqqında” qanunun müvafiq maddəsinə əsasən saxta məlumatların dərc edilməsinə və yayılmasına yol verilməməlidir.
Sonda media subyektləri və sosial şəbəkə istifadəçiləri məlumatları yayarkən məsuliyyətli olmağa və yalnız rəsmi mənbələrə istinad etməyə çağırılıb.
DOĞRU.AZ

























