image-n1karobka_ads
image-123
image-68e30339ae5ac9290f53dbbfbackend

Merz: Almaniya səmasında PUA-lar döyüş yox, kəşfiyyat idi

image-ad_qayo_720x110px

Almaniyanın kansleri Fridrix Merz ölkənin hava məkanında göründüyü iddia edilən pilotsuz təyyarələr barədə danışıb.

Doğru.az xəbər verir ki, ARD telekanalına müsahibəsində Merz bu dronların kəşfiyyat funksiyaları daşıdığını, döyüş pilotsuz təyyarələri olmadığını bildirib.

“İlk növbədə, ictimaiyyəti əmin edə bilərəm ki, bizdə silahlı pilotsuz təyyarə ilə bağlı heç bir insident və ya əməliyyat olmayıb. Bunlar casusluq cəhdləridir”, – siyasətçi vurğulayıb.

Onun sözlərinə görə, məsələ ilə bağlı tədbirlər görülməlidir və səlahiyyətlilər bunun üzərində işləyirlər.

Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova daha əvvəl Merzin ittihamlarını ironik şəkildə şərh edərək, Almaniyanın Münhen üzərindən gələn dronlarla yalnız növbəti əsrdə məşğul olacağını qeyd etmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki