Argentinalı “İnter Mayami”nin hücumçusu Lionel Messi MLS-in Ən Dəyərli Oyunçu mükafatına namizədlərin son üçlüyünə daxil edilməyib.
Bu barədə məlumat Liqanın rəsmi saytında dərc olunub.
Lusiano Akosta (Cincinnati), Tiaqo Almada (Atlanta United) və Denis Buanqa (Los Anceles) qələbə uğrunda mübarizə aparır.
Bununla belə, forvard Liqanın ən yaxşı oyunçusu mükafatını qazana bilər. Onunla birlikdə nominasiyada qalib olmaq üçün Georgios Yakumakis (Atlanta Yunayted) və Eduard Leven (Sent-Luis Siti) mübarizə aparır.
Qeyd edək ki, 2023-cü ilin yayında Messi PSJ-dən İnter Mayamiyə keçib.
Mənbə: NTV Spor