image-n1karobka_ads
image-123
image-wf7yqd60lm3yc3eqbmdzr6ndqfkddhtaycygwqkrbackend

Milli Hidrometeorologiya Xidmət: Çaylarda sululuq artıb

Avtomat hidroloji stansiyaların mayın 12-si saat 09:00-a olan məlumatına əsasən, bəzi çaylarda sululuq artımı müşahidə olunub.

Milli Hidrometeorologiya Xidmətindən Doğru.az-a  verilən məlumata görə, Böyük Qafqaz ərazisindən axan Katexçay və Vəlvələçayda su səviyyəsi 2 sm, Kiçik Qafqazdan axan Gəncəçayda 2 sm, Qarabağ və Şərqi Zəngəzurdan axan Tərtərçay (Kəlbəcər) 5 sm, Quruçayda 4 sm, Zabuxçayda isə 3 sm artıb.

Kür çayının aşağı axınında da su səviyyəsi yüksəlib: Kür-Salyan 9 sm, Kür-Şirvan 4 sm, Kür-Banka isə 2 sm artım qeydə alınıb.

Transsərhəd çay olan Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 2 sm artaraq su sərfi saniyədə 547 kubmetr təşkil edib. Bu, normanın 73%-nə bərabərdir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki