Avropa Misirə 1 milyard avro məbləğində iqtisadi yardımın birinci tranşını ayırıb, Misirin baş naziri Mustafa Madbouli bildirib.
“Aİ Misir iqtisadiyyatına dəstək proqramı çərçivəsində Misirə 1 milyard avro məbləğində ilk tranşı göndərdi. Vəsaitlər Mərkəzi Bankın hesabına ötən cümə günü daxil olub”, – TASS onun sözlərindən sitat gətirir.
Keçən iyunda Misir Avropa şirkətləri ilə 49 milyard avro dəyərində 29 müqavilə imzalayıb.
DOĞRU.AZ