image-n1karobka_ads
image-123
image-img-20260107-wa0124backend

Muğam və rep ilk dəfə bir səhnədə – FOTO/VİDEO 

image-ad_qayo_720x110px

Xalq artisti Alim Qasımov və rep ifaçısı Kölgə “Muğamın kölgəsində” adlı yeni duet layihələrini təqdim ediblər. Layihə klassik muğamla müasir rep janrının sintezinə əsaslanır.

Doğru.az xəbər verir ki, Alim Qasımov muğamın ənənəvi üslubunu qoruyaraq onu müasir ritmlərlə birləşdirib. İfaçı bu addımla muğamı gənc auditoriyaya da çatdırmağı hədəfləyir.

Duetdə Kölgənin rep üslubu muğamın improvizasiya elementləri ilə uzlaşdırılıb. İfaçılar bildirirlər ki, məqsəd janrlar arasında qarşıdurma yaratmaq deyil, musiqi vasitəsilə yeni ifadə forması yaratmaqdır.

“Muğamın kölgəsində” layihəsi artıq musiqi platformalarında yayımlanır və ictimaiyyət tərəfindən maraqla qarşılanır.

DOĞRU.AZ

image-img-20260107-wa0123image-img-20260107-wa0127

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki