image-ads_n1karobka_mobile
image-fotojet-42backend

Muxtar Babayev COP28-in prezidenti ilə görüşüb

Azərbaycan ekologiya və təbii sərvətlər naziri, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti Muxtar Babayev COP28-in prezidenti Sultan Əl-Cabirlə görüşüb.

Doğru.az xəbər verir ki, bu barədə COP28-in rəsmi “X” hesabında məlumat verilib.

Bildirilib ki, Dünya Hökumətləri Sammiti çərçivəsində keçirilən görüşdə tərəflər COP29-la bağlı əməkdaşlığı müzakirə ediblər.

Qeyd edək ki, Muxtar Babayev “Dayanıqlı maliyyələşmənin təşviqi vasitəsilə iqlim fəaliyyəti” mövzusu ilə bağlı panel müzakirədə iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində səfərdədir.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki