Macarıstanın xarici işlər naziri Peter Szijarto bildirib ki, NATO ölkələri müdafiə xərclərinin artırılması ilə bağlı hələ Haaqa sammitindən əvvəl razılığa gəliblər.
“Hətta sammitə hazırlıq zamanı belə bir konsensus əldə olundu ki, 2035-ci ilə qədər, yəni on il ərzində 2029-cu ildə yoxlama və illik irəliləyiş hesabatları ilə 3,5% üstəgəl 1,5% əldə etmək lazımdır”, – RİA Novosti onun sözlərini sitat gətirir.
Eyni zamanda diplomat qeyd edib ki, xərclərin artırılması ilə bağlı dəqiq rəqəm görüşün yekun sənədinə daxil edilməyəcək.
Əvvəllər bildirilirdi ki, Britaniya müdafiə xərclərini 2035-ci ilə qədər ÜDM-in 5%-nə qədər artıracaq.
Bu arada Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Şimali Atlantika Alyansının “quduz hərbiləşmə” yolunda olduğuna dair fikir bildirib.
DOĞRU.AZ