Xalq artisti Arif Babayevin vida mərasimi böyük izdihamla keçirilib. Görkəmli muğam ustadının son mənzilə yola salınmasında Mədəniyyət naziri Adil Kərimlinin nümunəvi davranışı hər kəsi duyğulandırıb.
Doğru.az kamerasının çəkdiyi görüntülərdə nazirin cənazəni şəxsən çiyinlərinə alaraq daşıdığı anlar əks olunub. Adil Kərimli bu addımı ilə sadəcə bir dövlət rəsmisi kimi yox, sənətə, sənətkara dəyər verən bir ziyalı, bir vətəndaş kimi çıxış edib.
İnsanlar onun bu davranışını yüksək dəyərləndirərək “halal olsun”, “nazirlik yox, vətəndaşlıq nümunəsi” kimi fikirlər bildiriblər.
Qeyd edək ki, Arif Babayev uzun illər ərzində Azərbaycan muğamının inkişafına əvəzsiz töhfələr verib. O, bir çox istedadlı ifaçıların müəllimi, məktəb yaradan sənətkar idi. Onun itkisi Azərbaycan mədəniyyətinə böyük itki sayılır.
İlqam Cəbiyev
DOĞRU.AZ