image-2000x150px
image-123
image-ads_atlas
Nazirlikdən faktiki hava haqqında açıqlamabackend

Nazirlikdən faktiki hava haqqında açıqlama

image-728x90px

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Milli Hidrometeorologiya Xidmətinin yanvarın 13-ü saat 09:00-a olan məlumatına əsasən, yanvarın 12-si axşam qərb rayonlarından başlayaraq hava şəraiti dəyişib, bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb, Bakıda və Abşeron yarımadasında səhər saatlarından yağış yağır, şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.

Qurumdan bildirilib ki, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25-28 m/s-dək, Mingəçevirdə 25 m/s, Naftalanda 22 m/s, Goranboyda 19 m/s, Lerik, Tərtərdə 18 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,5 metrə çatıb.

Qar örtüyünün hündürlüyü Qaxda (Sarıbaş) 12 sm, Qrızda 10 sm, Göygöl, Şəkidə (Kişçay) 7 sm, Gədəbəydə 6 sm, Altıağacda 3 sm, Qubada 2 sm, Xaltan, Qusarda 1 sm olub.

Şahbuz, Balakən, Daşkəsən, Qəbələ, Göygöl, Şamaxı, Göyçay, Qrızda isə duman müşahidə olunub.

Ölkə ərazisində küləkli hava şəraiti yanvarın 14-dək, yağıntılı hava şəraiti isə 15-dək davam edəcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki