image-2000x150px
image-123
image-ads_atlas
image-1606857378_nurasuribackend

Nura Surini təhqir edən şəxs ruhi-əsəb dispanserinə yerləşdirilib

image-728x90px

“Haqqımda yazılan xəbərlərin altında şərhlərdə təhqir, söyüş, şər və böhtan yazanların bir neçəsini şikayət etmişdim. Azərbaycan polisi sağ olsun şikayətimə baxıb, (həmin şəxsləri – red.) tapıblar. Üç gündür menecerimə zəng edir, ailəsi üzr istəyir, özü üzr istəyir ki, şikayətimi geri götürüm”. 

Bu sözləri müğənni Nura Suri sosial şəbəkə hesabında paylaşdığı postda yazıb.

Haqqında təhqir dolu ifadələr yazanları hüquq-mühafizə orqanlarına şikayət edən sənətçi bildirib ki, onlardan biri ruhi-əsəb xəstəsi olduğu üçün dispanserə yerləşdirilib:

“Mənim heç kəslə şəxsi qərəzliyim yoxdur, onları da tanımıram. Haqqımda, övladlarım haqqında şər-böhtan yazanda düşünərdiniz. Polisə gedib ərizə, izahat yazmışam. Polis cinayətkar axtarmaqdan klaviatura arxasında oturub insanları söyən, şərləyənləri axtarıb.

Siz də gəlib üzr istəyəcəksiniz, bitəcək? Yox elə bir dünya. Bundan sonra haqqımda nəsə yazanda 10 dəfə düşünün. Birini də tutublar, dəli çıxıb, hamıya yazırmış. Çox adam şikayət edib. İndi də dəlixanadadır”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki