image-2000x150px
image-123
image-ads_atlas
image-hava-1backend

Ölkə ərazisində fevralın 4-nə gözlənilən hava proqnozu açıqlanıb

image-728x90px

Ölkə ərazisində fevralın 4-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 1-4 dərəcə isti, gündüz 7-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 millimetr civə sütunundan 759 millimetr civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcə-dək isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcə-dək isti olacaq.

Gecə bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki