image-n1karobka_ads
image-123
image-63058backend

Ölkənin bir sıra bölgələrində küləkli və yağışlı hava hökm sürür – Faktiki mənzərə

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, hazırda Azərbaycanın bəzi bölgələrində qeyri-sabit hava şəraiti müşahidə olunur. Yağıntı və güclü küləklə müşayiət olunan bu şərait əsasən qərb və şimal-qərb bölgələrində özünü göstərir.

Belə ki, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Daşkəsən, Gədəbəy, Tovuz, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Qəbələ, Balakən, Zaqatala, Şəki, Oğuz, Qusar, Şahdağ, Tərtər, Bərdə, Yevlax, Goranboy və Göyçayda yağıntının miqdarı 1 mm təşkil edib.

Küləklə bağlı da mühüm göstəricilər qeydə alınıb. Şimal-qərb küləyinin maksimal sürəti Culfa rayonunda 21 m/s, Goranboyda 19 m/s, Bakı və Abşeron yarımadasında isə 18 m/s-ə qədər güclənib.

İyunun 29-da ölkə üzrə qeydə alınan ən yüksək temperatur göstəriciləri isə belədir: Bakıda və Abşeron yarımadasında 32 dərəcə, Naxçıvan Muxtar Respublikasında 35 dərəcə, Aran rayonlarında 34 dərəcə, dağlıq ərazilərdə isə 25 dərəcəyədək isti müşahidə olunub.

Hazırkı hava şəraiti ilə əlaqədar sürücülərə və açıq havada fəaliyyət göstərən şəxslərə ehtiyatlı olmaq tövsiyə olunur.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki