image-n1karobka_ads
image-123
image-6946869b02e8bd788563ae49backend

Orban: Aİ-nin Ukraynaya 90 milyard avroluq krediti hərbi məntiqdə dönüşdür

image-ad_qayo_720x110px

Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, Avropa İttifaqının Ukraynaya 90 milyard avroluq kredit verməsi Brüsselin hərbi məntiqində fundamental dəyişiklikdir.

Doğru.az xəbər verir ki, Orban sosial mediada yazıb ki, Aİ tarixində ilk dəfə üzv dövlətlərin əksəriyyəti ittifaq xaricindəki bir ölkəyə birgə hərbi kredit verib.

O, əlavə edib ki, belə kredit Avropa elitasında münaqişənin davam etdirilməsinə və şiddətlənməsinə maraq yaradır, çünki məğlubiyyət həm də maliyyə itkiləri deməkdir.

Baş nazir vurğulayıb ki, artıq məsələ yalnız siyasi və mənəvi qərarlar deyil, həm də sərt maliyyə məhdudiyyətləri ilə bağlıdır və bu, Avropanı müharibəyə doğru itələyir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki