image-n1karobka_ads
image-123
image-66e7073202e8bd34a17c6580backend

Özbəkistan və Almaniya 9 milyard avro dəyərində layihələr üzərində işləyirlər

image-ad_qayo_720x110px

Özbəkistan və Almaniyanın hakimiyyət orqanları təxminən 9 milyard avro dəyərində birgə layihələr üzərində işləyir.

Doğru.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin mətbuat xidməti məlumat yayıb.

“Biz Almaniyanın aparıcı şirkətləri və bankları ilə təxminən 9 milyard avro dəyərində əməkdaşlıq layihələri üzərində işləyirik”, – Mirziyoyevin Almaniya kansleri Olaf Şolz ilə danışıqlarından sonra verilən materialda deyilir.

Qeyd olunur ki, layihələr “yaşıl” enerji, kimya sənayesi, maşınqayırma və digər sahələrə aiddir. Belə layihələrə Siemens Energy ilə birləşmiş dövrəli elektrik stansiyalarının tikintisi, “metanol adası” və Linde Group ilə “yaşıl” ammonyak istehsalı, KfW İpex-Bank ilə iri mis yatağının işlənməsi daxildir.

Bundan əvvəl Şolzun Özbəkistana rəsmi səfərə gəldiyi bildirilirdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki