Ermənistan Azərbaycanı sülh sazişinin razılaşdırılmış maddələrini noyabr COP29 iqlim konfransına qədər imzalamağa dəvət edir.
TASS xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan BMT Təhlükəsizlik Şurasının təşkil etdiyi “Sülh naminə liderlik” tədbiri çərçivəsində “BMT Nizamnaməsi ətrafında vahid, təhlükəsiz gələcək axtarışında” adlı müzakirələrdə deyib.
Paşinyanın sözlərinə görə, sazişlərin vaxtından əvvəl imzalanması sülh prosesinin irəliləməsi üçün stimullaşdırıcı mühit yaradacaq.
Bundan əvvəl Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev telefonla Azərbaycan-Ermənistan sülh müqaviləsinin hazırlanmasını müzakirə ediblər.
Mənbə TASS