image-n1karobka_ads
image-123
image-ap956609487084-pic_32ratio_900x600-900x600-55521backend

Polşada taxıl ixracatında rekord açıqlandı

TASS xəbər verir ki, Polşanın Kənd Təsərrüfatına Dəstək Milli Mərkəzinin rəhbərinin müavini Marçin Vronski bildirib ki, ötən kənd təsərrüfatı mövsümündə (2022-2023) respublika rekord həcmdə taxıl ixrac edib.

Mərkəzdən verilən məlumata görə, ixracın ümumi həcmi 11,7 milyon ton taxıl, onun 5,7 milyon tonu buğda, 4,3 milyon tonu isə qarğıdalı olub.

“Bu taxılların ixracı əvvəlki mövsümlə müqayisədə yüksək olub. Buğda idxalının həcmi təxminən iki dəfə, qarğıdalı isə 34% artıb”, – Vronski bildirib.

O əlavə edib ki, bu, anbarların yeni məhsul üçün hazırlanmasına imkan verib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki