Misli Premyer Liqasının VII turunda altı oyundan beşində 11 metrlik cərimə zərbəsi təyin olunub.
“Doğru.az“-a Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla bildirilib ki, Ruan Renato (“Zirə”) “Neftçi”yə, Coy Lens Mikels (“Sabah”) “Karvan-Yevlax”a, Rikardo Apolinario (“Şamaxı”) isə “Qəbələ”yə qol vurub. Dioqo Almeyda (“İmişli”) və Aleksandr Ramalinqom (“Sumqayıt”) isə qarşılaşmalarda imkanı qaçıblar.
Bu, penalti sayında mövsümün rekordudur. Daha çox zərbələrin təyin edilməsi sonuncu dəfə ötən mövsümün XI turunda qeydə alınıb. Həmin vaxt 5 oyunda ümumilikdə altı penalti olub, üçü qolla nəticələnib, üçü isə dəqiq olmayıb. Həmin oyunlarda Toral Bayramov (“Qarabağ”) və Felipe Santos (“Araz-Naxçıvan”) penaltilərdən yararlanıb, Cesse Sekidika (“Sabah”), Fərid Nəbiyev (“Səbail”) və Kristian da Silva (“Turan Tovuz”) isə şansı qaçıblar.
DOĞRU.AZ