Zəngin tolerantlıq ənənələri ilə tanınan Azərbaycanda hər kəs mədəni özünüifadə imkanlarına malikdir.
Doğru.az xəbər verir ki, bu fikir Prezident İlham Əliyevin müqəddəs Milad bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasına ünvanladığı müraciətdə yer alıb.
Dövlət başçısı qeyd edib ki, dilindən, dinindən və milli mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlar, o cümlədən xristian icması, etnik-mədəni özünəməxsusluğunu qoruyub saxlamaq və inkişaf etdirmək üçün demokratik-hüquqi şəraitdən istifadə edə bilirlər. Prezident vurğulayıb ki, xristian həmvətənlərimiz ictimai-siyasi və sosial-mədəni həyatın bütün sahələrində fəal iştirak edir, Azərbaycanın tərəqqisi və çiçəklənməsi üçün səylərini əsirgəmirlər.
DOĞRU.AZ




























