image-n1karobka_ads
image-123
image-17673339941937640166_1200x630backend

Prezident İlham Əliyev isveçrəli həmkarına başsağlığı verib

image-ad_qayo_720x110px

Azərbaycan Prezidenti İlham Əliyev Kran-Montanada baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması ilə əlaqədar İsveçrə Konfederasiyasının Prezidenti Qi Parmölənə başsağlığı məktubu ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı məktubunda qeyd edib: “Kran-Montanada baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması barədə xəbər bizi olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İsveçrə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki