image-n1karobka_ads
image-123
image-avhjwsqpkuxix8ffce8d4tywgavp5xqirgtnhc3k_1200backend

Prezident İlham Əliyev “Şəhərsalma və Memarlıq İli” sərəncamı imzaladı

image-ad_qayo_720x110px

Azərbaycan Respublikasında 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamın məqsədi ölkədə şəhərsalma və memarlıq ənənələrinin qorunması, yeni çağırışlara uyğun mütərəqqi yanaşmaların tətbiqi və təşviqidir. Qeyd olunur ki, Azərbaycanın tarixi şəhərləri – İçərişəhər, Şirvanşahlar sarayı, Qız Qalası, Şəki Xan sarayı və digər abidələr memarlıq sənətinin nadir nümunələridir.

Sərəncam həmçinin XX əsrdə milli ənənələr əsasında inkişaf etdirilən memarlıq üslublarını, Heydər Əliyev dövründə bərpa işlərini və müasir memarlıq layihələrini vurğulayır. Bakıdakı Heydər Əliyev Mərkəzi, Alov qüllələri və Ağ şəhər kompleksi kimi nümunələr şəhərsalma sənətinin uğurlarını nümayiş etdirir.

2020-2025-ci illərdə Ermənistan işğalından azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri də Azərbaycanın memarlıq və şəhərsalma strategiyasının əyani göstəricisidir. Şuşa şəhərinin tarixi simasının bərpası isə milli iradənin təzahürüdür.

Azərbaycanın memarlıq və şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığı BMT-nin Məskunlaşma Proqramı (“UN-Habitat”) ilə birgə həyata keçirilən layihələr və milli şəhərsalma forumları ilə davam edir. Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 2026-cı ildə Bakı şəhərində keçirilməsi ölkənin dayanıqlı şəhərsalma proseslərində artan rolunu göstərir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki