image-n1karobka_ads
image-123
image-17665654373277520096_1200x630backend

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak ediblər

image-ad_qayo_720x110px

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 24-də Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışında iştirak ediblər.

Doğru.az xəbər verir ki, dövlət başçısı və birinci xanım yeni yaşayış kompleksinə köçən sakinlərlə görüşüb, onların yaşayış şəraiti ilə maraqlanıblar.

Görüş zamanı Ağdamda aparılan bərpa və quruculuq işləri, əhalinin mərhələli şəkildə doğma yurdlarına qayıdışı və yaradılan müasir infrastruktur barədə məlumat verilib. Prezident İlham Əliyev sakinlərə yeni evlərində xoşbəxt və firavan həyat arzulayıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki