image-ads_n1karobka_mobile
image-17738109785854336828_1200x630backend

Prezident İlham Əliyev və Merz Yaxın Şərqi müzakirə etdi

image-add-a-heading

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya kansleri Fridrix Merts Yaxın Şərqdəki münaqişənin Cənubi Qafqaza potensial təsirini müzakirə ediblər.

Doğru.az xəbər verir ki, bu barədə AZƏRTAC yazır.

“Telefon danışığı zamanı Yaxın Şərqdə davam edən gərginliklə bağlı narahatlıq ifadə edilib və onların Cənubi Qafqaz regionuna mümkün təsiri ilə bağlı fikir mübadiləsi aparılıb”, – deyə bəyanatda bildirilir.

Almaniya kansleri həmçinin Bakı ilə Yerevan arasında davam edən sülh prosesini alqışlayıb və bunun regional sabitlik üçün əhəmiyyətini qeyd edib.

Bundan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyə xarici işlər naziri Hakan Fidan ilə telefon danışığında İran ətrafındakı vəziyyəti müzakirə edib.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki