Prezident İlham Əliyev Azərbaycan dilinin qorunması və inkişafı ilə bağlı mühüm mesaj verib. Dövlət başçısı bildirib ki, dil milli kimliyimizin əsas sütunlarından biridir və onun saf şəkildə yaşadılması dövlət siyasətinin prioritet istiqamətlərindəndir.
Doğru.az xəbər verir ki, Prezident çıxışında qloballaşma şəraitində milli-mənəvi dəyərlərin, xüsusilə də ana dilinin qorunmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, dil yalnız ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, mədəniyyəti və dünyagörüşünün daşıyıcısıdır.
İlham Əliyev bildirib ki, ölkədə aparılan islahatlar, təhsil və mədəniyyət sahəsində həyata keçirilən proqramlar Azərbaycan dilinin inkişafına xidmət edir. Dövlət başçısı gəncləri ana dilinə hörmətlə yanaşmağa, onu düzgün və səlis istifadə etməyə çağırıb.
Prezidentin sözlərinə görə, güclü dövlət quruculuğu milli dəyərlərə söykənməlidir və bu dəyərlərin başında Azərbaycan dili dayanır.
DOĞRU.AZ




























