Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putin artıq BRİKS sammiti üçün Kazana gəlib.
Prezident artıq Kazandadır.
Kreml sözçüsü əlavə edib ki, cədvəldə heç bir dəyişiklik yoxdur, “hər şey plana uyğundur”.
Bundan əvvəl Putinin sammitdə iştirak edən demək olar ki, bütün liderlərlə ikitərəfli görüşlər keçirəcəyi bildirilirdi.
Kremlin mətbuat xidməti həmçinin bildirib ki, BRİKS+ görüşündə 40-a yaxın ölkənin nümayəndəsi iştirak edəcək.
Mənbə TASS