image-ads_n1karobka_mobile
image-6703f7a5ae5ac973c75adbeabackend

Putin Türkmənistanda İran prezidenti ilə görüşəcək

Rusiya prezidenti Vladimir Putin Türkmənistana səfəri çərçivəsində İran prezidenti Məsud Pezeşkianla görüşəcək.

TASS xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

Onun sözlərinə görə, görüşdə tərəflər “ikitərəfli məsələlər” və “Yaxın Şərqdə kəskin şəkildə pisləşən vəziyyəti” müzakirə edəcəklər.

Bundan əvvəl Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yaxın Şərqdə vəziyyətin təhlükəli inkişafını müzakirə ediblər.

Mənbə TASS


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki