Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin geniş kollegiya iclasında Ukrayna ilə bağlı sərt mesajlar verib.
Doğru.az xəbər verir ki, “The Daily Express” qəzetinin yazdığına görə, Putin Ukraynanın ərazi məsələləri üzrə “mənalı müzakirələrə” hazır olmadığı təqdirdə Rusiyanın “tarixi torpaqlarını döyüş meydanında azad edəcəyi” barədə xəbərdarlıq edib.
Məqalədə qeyd olunur ki, dövlət başçısı çıxışında Moskvanın münaqişənin diplomatik yolla həllinə üstünlük verdiyini bildirib. Lakin Kiyev və Qərb tərəfi “maddi və məzmunlu danışıqlardan” imtina edərsə, Rusiya hərbi variantı istisna etməyəcək.
Putin, həmçinin Rusiya ordusunun hazırda yüksəliş mərhələsində olduğunu, Ukrayna Silahlı Qüvvələrinin isə zəiflədiyini və kütləvi fərarilik problemləri ilə üzləşdiyini iddia edib.
Qeyd edək ki, Rusiya liderinin bu açıqlamaları Qərb mediasında geniş rezonans doğurub.
DOĞRU.AZ




























