image-n1karobka_ads
image-123
image-17051280493719117320_1200x630backend

Qaxda dağlıq ərazilərə qar yağıb – FOTO

Azərbaycanın şimal-qərb bölgəsindəki rayonlarda qeyri-sabit hava şəraiti hökm sürür. Havanın temperaturu xeyli aşağı düşüb. Yanvarın 13-də gecə saatlarında bölgənin dağlıq və dağətəyi ərazilərinə qar yağıb.

Doğru.az“-ın bölgə müxbiri xəbər verir ki, Qax rayonunun dağlıq ərazisində yerləşən İlisu kəndində hazırda qar örtüyünün hündürlüyü 5 santimetr təşkil edir. Yağan qar sakinlər üçün heç bir problem yaratmayıb. Kəndin elektrik enerjisi və təbii qazla təchizatı normal qaydada davam edir.

DOĞRU.AZ

image-1705128049437716511_1200x630 image-17051280494466333823_1200x630 image-17051280493298214122_1200x630 image-17051280493135320728_1200x630 image-17051280494286331339_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki