image-2000x150px
image-123
image-ads_atlas
image-1711683916146615134_1200x630backend

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb – FOTO

image-728x90px

Narkotik vasitələr satmaqda şübhəli bilinən Ağstafa rayon sakini Şöhrət Orucov Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Doğru.az-a bildirilib ki, ondan 3 kiloqram marixuana, həşiş, tiryək və bir ədəd elektron tərəzi aşkar olunub.

Müəyyən edilib ki, Ş.Orucov narkotikləri öz istifadəsi və satış üçün əldə edib. Saxlanılan şəxs kuryer fəaliyyətini pul müqabilində həyata keçirdiyini bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

DOĞRU.AZ

image-17116839166332625359_1200x630 image-17116839163796225349_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki