image-n1karobka_ads
image-123
image-1751782746562724426_1200x630backend

Qeyri-sabit hava şəraiti iyulun 7-si səhərədək davam edəcək

İyulun 6-sı saat 09:00-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir.

Doğru.az xəbər verir ki, bu barədə məlumatı Milli Hidrometeorologiya Xidməti yayıb.

Bildirilib ki, yağıntının miqdarı Gəncədə 8, Qaxda 7, Şərur və Göygöldə 4, Şəki (Kişçay), Zaqatala, Balakən, Şəmkir, Gədəbəy, Tovuz və Şahdağda 2, Naxçıvan, Daşkəsən, Goranboy və Naftalanda 3, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək qeydə alınıb.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Şərur və Neftçalada 20, Culfada 19, Şamaxı və Naftalanda isə 18 m/s-yə çatır.

Dənizdə isə dalğanın hündürlüyü 4,2 metrə qədər yüksəlib.

Müşahidə olunan qeyri-sabit hava şəraitinin iyulun 7-si səhərədək davam edəcəyi gözlənilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki