Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.
Doğru.az xəbər verir ki, AZƏRTAC-a istinadən yayılan təbrik məktubunda Berdiməhəmmədov qeyd edib:
“Hörmətli İlham Heydər oğlu, Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm. Məmnunluqla qeyd etmək istərdim ki, Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası sosial-iqtisadi inkişafda və xalqın həyat səviyyəsinin ardıcıl şəkildə yüksəldilməsində mühüm uğurlara nail olub. Türk Dövlətləri Təşkilatının Sammitində iştirak etmək məqsədilə ölkənizə etdiyim səfər çərçivəsində Qəbələ şəhərində keçirilmiş görüşümüzü xüsusi səmimiyyətlə xatırlayıram. Tam əminəm ki, birgə səylərimiz sayəsində Türkmənistan-Azərbaycan əməkdaşlığı bundan sonra da qardaş xalqlarımızın mənafeyi naminə inkişaf edəcək və dərinləşəcəkdir. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və inkişafına verdiyiniz böyük şəxsi töhfəyə və göstərdiyiniz diqqətə görə Sizə minnətdarlığımı bildirirəm. Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik və fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, tərəqqi və davamlı firavanlıq arzulayıram.”
Təbrikdə Azərbaycan-Türkmənistan əməkdaşlığının inkişafı və xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi vurğulanıb.
DOĞRU.AZ




























