image-n1karobka_ads
image-123
image-upload-2023-11-22t010048z_351966578_up1ejbm02t9ka_rtrmadp_3_soccer-worldcup-bra-arg-report-pic_32ratio_900x600-900x600-52366backend

“Real Madrid”in futbolçusu Messi haqqında danışmağı qadağan etdiyini bildirib

image-ad_qayo_720x110px

“Real Madrid”in braziliyalı hücumçusu Rodriqo Çempionlar Liqasında “Napoli” ilə oyundan (4:2) sonra jurnalistlərin 2026-cı il dünya çempionatının seçmə mərhələsində argentinalı Lionel Messi ilə münaqişəsi ilə bağlı suallarını cavablandırmağa çalışıb.

“Messi? Onun haqqında danışa bilmərəm. Niyə? “Madrid mənə bunu etməyə icazə vermir” dedi braziliyalı. “Real”ın qadağası ilə bağlı deyilən sözlərə Rodriqo gülüb və onu Madrid klubunun əməkdaşları dərhal jurnalistlərin əlindən alıblar.

Braziliya – Argentina oyunu (0:1) noyabrın 22-də baş tutub. Azarkeşlər arasında kütləvi dava başlayıb, bundan sonra argentinalı futbolçular münaqişə həll olunana qədər meydanı tərk ediblər. Qayıdandan sonra Rodriqo rəqiblərini qorxaq adlandırıb, Messi isə onun boynundan tutub: “Biz qorxaqıq? Biz dünya çempionuyuq, biz necə qorxaqıq? Dilinizə diqqət edin”.

Mənbə: Sports.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki