image-2000x150px
image-123
image-ads_atlas
image-17171599885761749092_1200x630backend

Region mediası nümayəndələrinin iştirakı ilə konfrans təşkil olunub – FOTO

image-728x90px

Mayın 31-də Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı və Şimal bölgəsində fəaliyyət göstərən region mediası subyektlərinin nümayəndələrinin iştirakı ilə Şabran şəhərində konfrans baş tutub.

MEDİA-dan Doğru.az-a verilən məlumata görə, tədbirdə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli bildirib ki, ölkə üzrə medianın hərtərəfli inkişafını stimullaşdırmaq, resurs və informasiya əlçatanlığını artırmaq, media nümayəndələrinin fərdi və peşəkar inkişafı istiqamətində fikir mübadiləsi aparmaq məqsədilə həyata keçirilən konfrans regionlarda fəaliyyət göstərən media nümayəndələri üçün müzakirə platforması yaratmağı, onların professional bacarıqlarını təkmilləşdirməyi, eyni zamanda, sahə üzrə hüquq normaları barədə məlumatlılıq səviyyəsinin yüksəldilməsini hədəfləyir.

Daha sonra Agentliyin Hüquq şöbəsinin müdiri Adil Tağıyev “Azərbaycanda media mühitinin hüquqi tənzimlənməsinin yeni mexanizmləri”, Media təhlil şöbəsinin müdiri Səbinə Seyidova isə “Sosial mediada jurnalistlərin peşə davranış qaydaları” mövzusunda təqdimatlarla çıxış ediblər.

Bundan əlavə, region gənclərinin iştirakı ilə keçirilən təlimdə isə Agentliyin Media dəstək layihələri, strateji planlaşdırma və informasiya texnologiyaları departamentinin direktoru Ləman İsgəndərova “Media savadlılığı” mövzusunda çıxış edib.

Sonda gənclərə təlimdə fəal iştiraka görə sertifikatlar təqdim olunub.

DOĞRU.AZ

image-17171599882750814694_1200x630 image-17171599884038233243_1200x630image-17171599884856943198_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki