image-2000x150px
image-123
image-ads_atlas
image-reza-deqatibackend

Reza Deqatidən “Qarabağ müharibəsinin coğrafiyası” – FOTO

image-728x90px

Məşhur fotoqraf Reza Deqati işğaldan azad olunmuş Şuşa şəhərindən fotolar nümayiş etdirib. 

O, bu barədə “Instagram” səhifəsində paylaşım edib.

“Qarabağ müharibəsinin coğrafiyası” başlıqlı paylaşımda sənət adamı Şuşanın tarixinə və coğrafiyasına da ekskurs edib:

“Onilliklər ərzində Əfqanıstanda, Yuqoslaviyada, Livan dağlarında döyüş bölgələrində olmuşam, amma Şuşa şəhəri kimi valehedici bir coğrafiyanı nadir hallarda görmüşəm.

1752-ci ildə Pənah Əli Xan tərəfindən Qarabağ Xanlığının paytaxtı olaraq qurulan və ən etibarlı qala hesab edilən Şuşa şəhəri Sovet İttifaqının süqutu zamanı 1992-ci ildə erməni qüvvələri tərəfindən işğal edildi. Demək olar ki, dəniz səviyyəsindən 1,3 kilometr hündürlükdə olan təbii divarı heç kim oradan hücum etməyə cürət edə biləcəyini düşünmürdü.

Azərbaycan qüvvələri bütün “mümkün olmayan yerlərdən” sürpriz hücumlar edərək, nəhayət 8 noyabrda imkansızı etdi.

Şuşanın süqutu erməniləri məğlubiyyət aktına imza atmağa məcbur edən səbəblərdən biri idi. Son fotoşəkil qayalarda şiddətli döyüşlərin getdiyini göstərir”.

DOĞRU.AZ

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki